Qüdsü Fələstin paytaxtı adlandırmış pilot Nyu-Yorkda həbs edildi - FOTO (YENİLƏNİB)

 
 
Bir qədər öncə xəbər verdiyimiz kimi, Əmmandan Nyu-Yorka uçan “Royal Jordanian Airlines” aviaşirkətinin iordaniyalı pilotu Nidal Ad-Daja Qüds üzərindən keçərkən sərnişinlərə müraciətində Qüdsü Fələstin dövlətinin paytaxtı adlandırıb. 
 
Moderator.az yazır ki, dünya mediasında yayılmış son xəbərlərə görə, həmin müsəlman pilot ABŞ-ın Con Keneddi Hava Limanında polis tərəfindən saxlanılıb.
 
***
 
“Royal Jordanian Airlines” avia şirkətinin pilotunun ABŞ-a uçuş zamanı Qüdsü Fələstin dövlətinin paytaxtı elan etməsi sosial şəbəkə istifadəçilərinin güclü dəstəyi ilə qarşılanıb.
 
Moderator.az yazır ki, bu haqda ərəb KİV xəbər yayıb. İordaniya paytaxtı Əmmandakı Kraliça Aliya beynəlxalq hava limanından Nyu-Yorka uçuş üçün səmaya qalxarkən iordaniyalı Nidal Ad-Daja adlı təyyarəçi sərnişinlərə ənənəvi müraciətində Qüdsü Fələstin dövlətinin paytaxtı adlandırıb. “Bizim uçuş marşrutu Fələstinin üzərindən keçəcək, sonra şimala - Fələstin dövlətinin paytaxtı Müqəddəs Əl-Qüdsə uçacağıq”, - deyə müsəlman pilot bəyan edib.
 
İordaniyalı təyyarəçinin bəyanatı ABŞ prezidenti Donald Trampın  Qüdsü İsrail paytaxtı olaraq tanımaq və ABŞ-ın səfirliyini Təl-Əvivdən  oraya köçürmək qərarının səbəb olduğu güclü ictimai etirazların fonunda uğurlu səslənib.
 
Sultan Laçın

Загрузка...
Загрузка...