​Qüdsdə erməni bayrağı dalğalanır... – Elşad Miri

Baxış sayı: 
175

 
Tramp bu günə qədər Amerika prezidentləri tərəfindən qəbul olunub, amma həyata keçirilməyən bir məsələyə razılıq verib.
 
Bu sözləri Teleqraf.com-a açıqlamasında Trampın Qüdsü İsrailin paytaxtı kimi elan etməsinə münasibət bildirərkən tanınmış ilahiyyatçı Elşad Miri deyib.
 
Onun sözlərinə görə, Tramp özündən əvvəlki prezidentlərin edə bilmədiyini etməklə gündəmə gəlib:
 
“Bununla da o, yeni bir etiraz dalğasının yaranmasına səbəb oldu. Bu gün Suriya və İraqdakı vəziyyət səngimək üzrədir. Müsbətə doğru irəliləyişin olduğu göz qabağındadır. Bu da Amerikaya sərf etmir. Və yeni qaynar nöqtə axtarılır. Görünür, bu qaynar nöqtə hər zaman olduğu kimi, yenə də Yaxın Şərqdir. Yaxın Şərqin isə həmişə başı bəlalı olan ərazilərindən biri də Qüdsdür. Amma Qüds təkcə müsəlmanlar üçün yox, eyni zamanda xristianlar üçün də müqəddəs torpaqdır. Necə ki, müsəlmanlar hacı olmaq üçün Məkkəyə gedir, xristianlar da hacı olmaq üçün Qüdsü ziyarət edir. Xristianların ən məşhur kilsələrindən biri, “Qiyamət” kilsəsi də orada yerləşir. İsa peyğəmbərin anadan olduğu “Beyt-ləhim” də Qüdsün yaxınlığındadır. Qüdslə bağlı bir maraqlı məqam da var ki, orada dörd məhəllə var. Biri müsəlmanlara, biri yəhudilərə, biri yunanlara, biri isə nə qədər qəribə səslənsə də, ermənilərə məxsusdur. Orada ermənilərin də bayrağı dalğalanır. Ona görə də bu gün Qüdslə bağlı verilmiş bu qərar, orda ciddi problemlərin yaranmasına səbəb olacaq. Mən artıq ordakı bəzi insanlarla əlaqə də saxlamışam. Müsəlmanların bu məsələyə ciddi etirazı gözlənilir. Çox təəssüf olsun ki, bunu da regionda yeni müharibənin başlanğıcı kimi qəbul etmək olar”.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donal Tramp Amerikanın Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan edib.
 

Загрузка...
Загрузка...