Qüds yəhudilərindir, Bakı da İsraili seçməlidir – Şok səbəb

 
Qüds yəhudilər üçün necə önəmlidirsə, Şuşa da bizim üçün elə önəmlidir.
 
Axar.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev qeyd edib. O bildirib ki, fələstinlilər ermənilərə necə dəstək olursa, biz də yəhudilərə elə dəstək olmalıyıq:
 
“Bunun üçün tutarlı səbəblər də var. Birincisi, Fələstin I Dünya müharibəsində himayədarı Osmanlıya arxadan zərbə vurdu. Digər tərəfdən, Qarabağ müharibəsində heç bir fələstinli Azərbaycana yardım etmədi. Əksinə, muzdlu olaraq Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdükləri rəsmi olaraq sübut olunub və bununla bağlı sənədlər də var. Hətta Fələstinin sabiq lideri Yasər Ərəfat Qarabağ müharibəsi ərəfəsində “Ermənilər də fələstin xalqı kimi haqqı tapdalanmış millətdir! Mən Ermənistanı dəstəkləyirəm” - deməklə siyasi baxışını göstərmişdi. Bundan başqa, Fələstin lideri Mahmud Abbasın açıq-aydın “Böyük Ermənistan”ı tanıdığını bəyan etməsi də məlumdur. ASALA rəhbəri A.Akopyan Fələstin Azadlıq Təşkilatının fəal üzvlərindən olub və FAT ASALA-nın bir qolunu maliyyələşdirib”.
 
Z.Əliyev vurğulayıb ki, Azərbaycan ordusunu müasir silahlarla təmin edən ölkə məhz İsraildir:
 
“Azərbaycan lobbisini yaradanlar da İsraildən olan yəhudilərdir. Quba soyqrımı zamanı ermənilərin qətl etdikləri içərisində olan yəhudilər azərbaycanlılarla dostluq edənlər idi. Faktiki olaraq İsrail daima Azərbaycana dostluq münasibəti göstərib”.
 
Qeyd edək ki, Tramp iki gün öncə Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını açıqlayıb.

Загрузка...
Загрузка...