Qucağı körpəli polis iki cinayətkarla döyüşdü - Şok video

 
Braziliyada qucağında körpə uşaq olan polis iki qarətçini öldürüb.
 
Teleqraf.com xəbər verir ki, hadisə Brazilyanın Campo Limpo Paulista regionunda baş verib.
 
Polis məmuru Rrafael Souza həyat yoldaşı və körpə uşağı ilə aptekə gələrək dərman almaq istəyib. Bu zaman aptekə iki qarətçi daxil olub, silahdan istifadə eləməklə soyğunçuluq etmək istəyib.
 
Qarətçi Jeferson Alves ona polis olduğunu deyən Rafael Souza silah tuşlayıb. Polis qucağında körpə uşaq ola-ola cinayətkarlara atəş açıb.
 
Uşağı həyat yoldaşına verdikdən sonra əlindəki silahla soyğunçularla atışan polis məmuru bir müddət atışmanı davam etdirib. Sonda polis cinayətkarın ikisini də məhv edib.
 
Apekdəki bu qəhrəmanlıq mağazanın kameralarına düşüb.

Загрузка...
Загрузка...