​Qubada toya gedən maşın aşıb, 3 nəfər yaralanıb - FOTO

Günorta saatlarında Bakı-Quba yolunun 95-ci kilometrliyində ağır yol qəzası baş verib.
 
"Report"un Şimal bürosu məlumat verir ki, hadisə "Chery" markalı avtomobilin təkərinin qəflətən partlaması və maşının bir neçə dəfə fırlanaraq aşması nəticəsində qeydə alınıb.
 
Qəza zamanı maşında olan sərnişinlər – 1967-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Xuraman Məmiş qızı, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Əkbərov Şahzadə Həsən oğlu və 1963-cü il təvəllüdlü bacısı Quliyeva Nəzakət Məmiş qızı "təcili yardım" maşını ilə Siyəzən Mərkəzi Diaqnostika Mərkəzinə gətirilib.
 
Yaralılara kürəyin və onurğanın küt travması diaqnozu qoyulub. Onların ümumi vəziyyətləri kafi olduğuna görə, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Avtomobilə ciddi ziyan dəyib. Onların Qubaya toy mərasimə getdikləri bildirilir.