Qubada gənc oğlan at arabasının altında qaldı

Quba rayonunda 30 yaşlı gənc arabanın altında qalıb.
"Report" xəbər verir ki, rayonun Alekseyevka kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Şahin Şamil oğlu bağdan meyvə daşıyarkən, ata qoşulmuş arabanın altında qalıb.
Quba Mərkəzi Rayon Xəstəxanasından sayta verilən məlumata görə, yaralı "qarının küt travması, sağ qaş üstü nahiyəsinin cırılmış - əzilmiş yaraları" diaqnozu ilə qəbul olunub, hazırda Cərrahiyyə şöbəsində əməliyyat olunur.
Faktla bağlı Quba Rayon Polis şöbəsində araşdırma aparılır.