Qubad İbadoğlu yeni özəlləşməni imitasiya adlandırdı

İqtisadi Təqdiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin özəlləşdirməyə çıxardığı 65 müəssisə ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. Ekspertin rəyini oxucularımıza təqdim edirik:
 
«Bu günlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə 65 dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. Bir sıra mətbu orqanlarda Komitənin qərarı Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyinin artırılması sahəsində mühüm yenilik kimi təqdim edilib. Hətta Komitəyə istinadən bu hadisədən sonra büdcə gəlirləri və iş yerlərinin artacağı da bildirilib.
 
Məlumat üçün qeyd edim ki, Komitə tərəfindən özəlləşdirilməsi barədə hərraclar elan edilən əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir.
İnternetdə özəllşdiirilməyə çıxarılan səhmdar cəmiyyətlərinin maliyyə vəziyyətinə baxıb, təqdim olunan statistik məlumatları təhlil edərkən, məlum oldu ki, onların bir çoxunun səhməri 70 faiz ətrafında və ya ondan çox satılıb hazırda satışa çıxarılan zamanında satılmayan 30 faiz ətrafında qalan səhmlərdir. Belə ki, özəlləşdirmənin 1-ci sxeminə görə təqdim olunan obyektlərin 70 faizi vaxtı ilə dövriyyədə olan çeklərlə satlırdı ki, onların da 15 faizini kollektivin almaq hüqququ var idi, yerdə qalan 30 faizi isə nağd pula təklif olunurdu. Mənim hələ o zamanlar da tənqid etdiyim bu yalnış sxemin tətbiqindən sonra bir çox səhmdar cəmiyyətlərin səhmlərinin nağd satışa çıxarılan hissəsi - 30 faizi satılmamış qaldı. Elə bu səbəbdən də 1-ci özəlləşdirmə çərçivəsində dövlət büdcəsi ciddi maliyyə vəsaiti daxil olmadı. Çünki, səhm nəzarət paketi başqasının nəzarətində olan müəssisələrə adətən yeni investorlar maraq göstərmir».
 
Q.İbadoğlu dha sonra qeyd edib ki, özəlləşdirməyə təqdim olunan bir çox müəssisələr fəaliyyət göstərmir və yaxud illərlə dayanandan sonra işlərini qismən bərpa ediblər. «Məsələn, siyahıda olan “Lənkəran Broyler” Açıq Səhmdar Cəmiyyətinin, çörək məmulatlarının istehsalı və satışı üzrə istisaslaşmış “Şəmkir” Açıq Səhmdar Cəmiyyətinin, “Zaqatala Avtonəqliyyat” Açıq Səhmdar Cəmiyyətinin və digərlərinin işçilərinin sayı 1 nəfər göstərilib.
 
Bununla yanaşı həmin müəssisələr arasında zərərlə işləyənlər, kreditor borcu olanlar da kifayət qədərdir. Belə ki, “Mingəçevir Regenerat” Açıq Səhmdar Cəmiyyəti barədə məlumatdan görünür ki, müəssisənin son maliyyə ilinin nəticələrinə görə 299 449 manatdır, eləcə də “Mingəçevir Texniki Rezin” Açıq Səhmdar Cəmiyyətinin kreditor borcları 931 120 manat təşkil edir.
 
Odur ki, səhmlərinin 70 faizinə qədəri satılan (səhm nəzarət paketi 1 nərəfin və qrupun əlində olan), külli miqdarda debitor borcları olan zərərlə işləyən və yaxud fəaliyyət göstərməyən belə əmlakların hərrraclarfa tezliklə satılacağını gözləmək sadəlövlük olardı. Hesab edirəm ki, belə müəssisələri özəlləşdirməyə çıxarmaqla Əmlak Məsələləri Dövlət Komitəsi çox uğursuz layihəyə imza atıb. Çox güman ki, hərraca çıxarılacaq bu müəssisələrin səhmərinin böyük əksəriyyətinə sahib çıxan olmayacaq. Odur ki, Komitənin bu təşəbübüsünü prezidentin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanının icrasına ugursuz yanaşma və islahat imitasiya kimi dəyərləndirmək olar»-deyə ekspert vurğulayıb.