Qubad İbadoğlu: ” Azərbaycan iqtisadiyyatının böyüməyə başlayacağı xeyli çətin görsənir ”

Baxış sayı: 
134

 
 
Qubad İbadoğlu: '' Azərbaycan iqtisadiyyatının böyüməyə başlayacağı xeyli çətin görsənir ''
 
“Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir.”
 
Musavat.com xəbər veri ki bu sözləri iqtisadçı ekspert sosial şəbəkəd öz hesabında paylaşıb. Ekspert son günlərdə baş verən iqtisadi proseslərdən bəhs edib.
 
O qeyd edib ki, son 1 ayda iqtisadi tənəzzül daha da dərinləşib. Qeyri-neft ÜDM-i 5,6 faiz azalıb.
 
Dövlət Statistika Komitəsi bu ilin 11 ayının makroiqtisadi nəticələrini açıqlayıb. Açıqlanan göstəricilərin trend təhlili göstərir ki, son 1 ayda iqtisadiyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb.
 
Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlamaısı və bu bölmədə tənəzzülün dərinləşməsidir. Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq müvafiq olaraq, mənfi 3,9 faiz (əvvəlki ayla müqayisədə 0.2 faiz bəndi çox) və mənfi 5,6 (əvvəlki ayla müqayisədə 0.1 faiz bəndi çox ) faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir. Yeri gəlmişkən onu da qeyd edək ki, dünən FED uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb.

Загрузка...
Загрузка...