​Qərbin növbəti cinsi azlıq oyunu: Azərbaycana qarşı qarayaxmanın arxasında nə durur?

Baxış sayı: 
241
0  
0  

Qərb mediası yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.
Xatırladaq ki, polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək cinsi azlıqlarla bağlı əməliyyat tədbiri həyata keçirilib. Nəticədə 83 nəfər saxlanılıb. Müayinə zamanı məlum olub ki, onlar dəri-zöhrəvi və müxtəlif (“AİDS”, “HİV”, “sifilis”, “kəskin uretrit, candida albikas və trixomonias”, “Hepatit HVC”) xəstəliklərinin daşıyıcılarıdırlar.
Bu vacib əməliyyatı Qərb mediası cinsi azlıqlara qarşı ayrıseçkilik, təziq kimi qələmə verməyə, göstərməyə çalışıb.
Bəs görəsən, bəzi Qərb media qurumlarının ölkəmizdə baş verən ən xırda şeyi belə böyütməyə çalışmaqda, Azərbaycanın əleyhinə materiallar dərc etməkdə məqsədi nədir?
Siyasi şərhçi Elxan Şahinoğlu Publika.az-a bildirdi ki, bu məsələ Qərbin həssas yeridir və bu cür münasibət təkcə Azərbaycana qarşı deyil:
“Avropa ölkələri və Brüselin özü bu məsələyə həddən artıq həssas yanaşır, maraq göstərir. Məsələn, Çeçenistanda bu mövzuda yaranan qalmqallı vəziyyətlərə görə Putinə kifayət qədər təzyiq olundu. O həddə çatmışdı ki, Putin ölkə rəsmiləri ilə ikitərəfli görüşlərə qatılmışdı. Ölkə liderləri bu məsələ ilə bağlı Putinı sıxışdırmağa çalışırdılar ki, niyə Çeçenistanda cinsi azlıqlar təqib olunur, təzyiqlərə məruz qalır və s. Ona görə tək bizim ölkəyə qarşı deyil. Sadəcə burada bir məqam var ki, əgər onlar hər hansı bir yoluxucu xəstəliklərin daşıyıcılarıdırsa və bu cəmiyyətə ciddi təhlükə yaradırsa, buna qarşı tədbirlər görülməlidir. Bu o demək deyil ki, onlar təqib olunur, həbs olunur, təzyiqlərə məruz qalır. Sadəcə, xəstəlik daşıyıcıları mütləq mənada maarifləndirilməli, nəzarətdə saxlanılmalı və müalicə olunmalıdırlar”.
 
 
İctimai asayişin pozulmasına görə təkcə cinsi azlıqlar yox, bütün vətəndaşlar məsuliyyətə cəlb olunurlar, burada qabardılacaq məqam yoxdur:
“Ölkədə yaşayan şəxslər ölkədaxili qaydalara riayət etməlidirlər. Bu bütün vətəndaşlara şamil olunur. Cinsi azlıq olması heç kimə ictimai asayişi pozmaq haqqı vermir. Bu vəziyyət onları toxunulmaz etmir. Onlar arasında cəmiyyətdə insanlara, eləcə də, polislərə qarşı kifayət qədər aqressiv münasibət sərgiləyənlər var. Bu halda əlbəttə ki, tədbir görülməlidir”.
O bildirib ki, bəzi insanlar Qərbdə cinsi azlıqların rəsmi nikaha girməsinə icazə verildikdən sonra Avropanın bu istiqamətdə Azərbaycana təzyiq göstərə biləcəyindən ehtiyat edir:
“Düşünmürəm ki, bu realdır. Qərbdə əsas götürülən hər hansı bir prinsip nə Azərbaycan üçün, nə də digər ölkələr üçün əsas götürülə bilməz. Bu zəruri deyil. Bəli, Azərbaycan Avropanın bir çox təşkilatının üzvüdür. Amma buna baxmayaraq, biz müsəlman ölkəsiyik və bizim özümüzə xas yaşayış tərzimiz var. Biz bunu qəbul etmirik. Və inanmıram ki, bu səbəbdən Avropa Azərbaycana təzyiq edə bilsin”.
Könül Cəfərli

Загрузка...
Загрузка...