Qərbdən Rusiyanı çökdürmək üçün daha bir addım

"Sanksiyaların genişləndirilməsi Rusiyanın iqtisadiyyatına və Kremlin hərbi xərcləri azaltmasına səbəb olacaq".
 Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniya parlamentinin deputatları Avropa Birliyinə çağırış ünvanlayıb.
 Çağırışda Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və qadağalar siyahısına hökumət nümayəndələrinin əksəriyyətinin adının daxil edilməsi təklif edilib.
 Qeyd edək ki, Avropa Birliyi Minsk öhdəliklərini yerinə yetirmədiyinə və Ukraynanın şərqindəki separatçıları dəstəklədiyinə görə Rusiyaya qarşı sanksiyaları 2017-ci ilin yanvarın 31-dək uzatmaqla bağlı qərar qəbul edib.