​Qərb təsdiqlədi: Son min ildə erməni dövləti olmayıb - Video

 
Bu videoçarxın müəllifləri son 1000 ildə Avropa qitəsindən baş verən siyasi dəyişiklikləri, dövlətlərin yaranmasını, inkişafını, tənəzzülünü, böyük və aqressif dövlətlərin işğalçılıq dönəmlərini göstərən qrafikanı parlaq şəkildə ifadə edib, 1000 ili 3 dəqiqəyə sığışdırıblar.
 
Musavat.com xəbər verir ki, burada monqolların Macarıstana qədər irəliləməsi də var, Napoleonun Moskvaya qədər gəlməsi də, Hitlerin Fransadan Mozdoka qədər xəritəni "bənövşəyi"yə boyaması da, Osmanlının Yaxın Şərqi və Avropanın bir hissəsini "saraltması" da, Rusiyanın qitənin yarısını "qızartması" da.
 
Tarixə bu prizmadan baxanda hər şeyin necə müvəqqəti olduğunu görürsən. Doğrudan da, 15-20, bəzən isə 70-100, hətta 300 illik işğallar tarix üçün bir göz qırpımı qədərdir, ötüb-keçir.
 
Ən pisi odur ki, dövran dəyişdikcə, dövlətlərin tərəqqisi və tənəzzülü yaşandıqca, Avropanın siyasi xəritəsinin dəyişməsi ehtimalı hələ də qalır. Ən başlıcası, həmişə var olmaq, mövcudiyyəti qorumaqdır.
 
Qeyd edək ki, videonun son saniyələrində Azərbaycanın işğal altında olan torpaqları Ermənistan ərazisi kimi göstərilib.