“Qoymadım ölsün, çıxartdım” – Sərnişin avtobusu “Kamaz”a çırpıldı – VİDEO

 
 
Ucarda yol qəzası baş verib.
 
ARB TV xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Müsüslü kəndi ərazisindən keçən 220-ci kilometrliyində qeydə alınıb.
 
Şəmkir sakini Röyal İbrahimlinin idarə etdiyi "FORD" markalı, pomidorla yüklənmiş sərnişin mikroavtobusu əks istiqamətdə hərəkətdə olan, Ağdam sakini Bəxtiyar Səfərovun sükanı arxasında olduğu "KAMAZ"-a çırpılıb. Mikroavtobusun sürücüsü və sərnişini Zahid İslamzadə xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
 
Bəxtiyar Səfərov – “KamAZ”ın sürücüsü: “Bakıdan gəlirdim. Mənim maşınımı vurdu apardı ora. Gördüm saxlasam öləcək, çəkdim yolun qırağına. Qoymadım ölə, çıxartdım”.
 
Qəzaların səbəblərinin araşdırılması istiqamətində tədbirlər.

Загрузка...
Загрузка...