Qorbaçov xəstəxanaya yerləşdirildi – Vəziyyəti kirtikdir

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
Turaninfo.az`Lifenews`-a istinadən xəbər verir ki, bu dəfə Qarbaçovun vəziyyəti daha da kəskinləşib.
Tibb işçiləri 85 yaşlı sabiq prezidentin vəziyyətinin sabit olduğunu, lakin onun səhhətində ağırlaşmanın gözlənildiyini deyiblər.
Hazırda o, Moskvanın ən yaxşı klinikalarından birində ciddi nəzarət altında saxlanılır. Qorbaçov özü saytın əməkdaşı ilə telefon söhbətində xəstəxanada olduğunu təsdiqləyib.
Qorbaçovun adını daşıyan fonddan isə bildiriblər ki, onun səhhəti doğrudan da yaxşı deyil, ancaq o, xəstəxanaya növbəti stasionar müayinə üçün yerləşdirilib.