Qorbaçov Putinin Krımı qaytarmaq qərarını dəstəklədi

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin “Krım qərarı"nı dəstəkləyib və ABŞ-ı Sovet İttifaqınının dağılmasına görə “sevinməkdə” ittiham edib.
Gazeta.ru-nun məlumatına görə, "Sunday Times" nəşrinə müsahibəsində Qorbaçov bildirib ki, əgər o oxşar vəziyyətə düşsəydi, hər şeyi Putinin etdiyi kimi edərdi.
“Mən insanların öz azad iradələrini ifadə etməsinin tərəfdarıyam. Krım əhalisinin əksəriyyəti Rusiya ilə birləşmək istəyirdi”, - o qeyd edib.
Qorbaçov həmçinin Amerika Birləşmiş Ştatlarının SSRİ və Rusiyaya qarşı yürütdyü siyasəti şərh edib: “Onların Rusiyaya sabit və güclü demokratiyanın qurulmasında kömək etmək niyyəti yox idi. Onıar fikirləşirdilər ki, Rusiyanın ərazisini kiçiltdilər”.