“Qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır” – SƏFİRLİK

 
İsrailin Azərbaycandakı səfirliyi İsrail Knessetində komitənin qondarma "erməni soyqırımı"nı tanıması barədə yayılmış məlumata münasibət bildirib.
 
Turaninfo.az xəbər verir ki, səfirlikdən "Report"a bildirilib ki, İsrail Knessetinin Təhsil, Mədəniyyət və İdman Komitəsinin qərarına baxmayaraq, İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
 
Səfirlik bu məsələnin tarixçilərə aid olduğunu və siyasi müzakirə mövzusu olmasına ehtiyac duyulmadığını vurğulayıb.