Qocalara yer vermək DÜZGÜN DEYİL? – Maraqlı İDDİA

Nəqliyyatda daim yaşlılara yer verin deyirik. Britaniyalı alimlər isə deyir ki, yaşlı insanlara yer verməklə biz onların sağlamlığına ciddi ziyan vurmuş oluruq.
Bir qrup alim iddia edir ki, müəyyən yaşdan sonra insanların daha çox fiziki hərəkətdə olması onların səhhəti üçün daha faydalıdır.
Publika.az xəbər verir ki, alimlər qocalmanı sürətləndirən amillərdən birinin də passiv və oturaq həyat tərzi olduğunu iddia edir. Cavanlaşmaq istəyən yaşlı nəsli istirahət etməməyə çağıran cərrah Skarteltt MakNelli qeyd edir ki, bir çox xəstəliklər yaşla əlaqədar deyillər:
"Qocalma prosesi son illərdə sürətlə gedir. Bu prosesi fəallaşdıran birinci amil qidalanmadır, ikinci amil isə passiv həyat, depressiv psixologiyadır. Gün ərzində idman etmək, nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmək və eləcə də ictimai nəqliyyat vasitələrinə mindikdə ayaq üstə qalmaq insan orqanizmi üçün olduqca faydalıdır".
S.MakNelli onu da qeyd edib ki, cəmiyyətdə orta və yaşlı nəslin aktiv istirahəti üçün geniş imkanlar yaradılmalıdır.
Könül

Загрузка...
Загрузка...