Qocalar Evində Novruz bayramı şənliyi keçirilib - FOTOLAR

Bu gün Bilgəhdəki müharibə və əmək əlilləri pansionatında (Qocalar Evində) Novruz bayramı münasibətilə tədbir keçirilib.
APA-nın məlumatına görə, xeyriyyə aksiyasının təşkilatçıları mütəmadi olaraq belə aksiyalar keçirməklə gənclərimizi daim yaşlılara, kimsəsizlərə yardıma, köməyə, dəstək verməyə dəvət edən, o cümlədən Qocalar Evində dövlətin diqqət və qayğısı ilə əhatə olunan ahıl və ağbirçəklərə tək olmadıqlarını hiss etdirən çoxsaylı sosial və humanist layihələrin müəllifi olan Murad Qulubəyli, Cəmilə Hüseynova, Cəlil Xuduyev və digər gənc fəallardır.
Tədbirdə çıxış edən pansionatın direktoru Qətibə Əsədova yaşlı insanları təbrik edib. Pansionatın sakinləri onlara göstərilən dövlət qayğısından, xeyirxah gənclərin bu aksiyasından, diqqətindən razılıqlarını bildiriblər.
Tədbir musiqili-əyləncəli proqramla davam edib.
Təşkilatçılar ahıl insanları müxtəlif hədiyyələrlə sevindiriblər.

Загрузка...
Загрузка...