Qənirə Paşayevadan türk dünyasına çağırış

Hatayda qondarma erməni soyqırımı yalanları ilə mübarizə adlı konfrans keçirilib və Türk dünyasına Qarabağ çağırışı edlib.
Millət  vəkili  Qənirə  Paşayeva  Hatayda qondarma erməni soyqırımı yalanları ilə mübarizəyə həsr olunmuş konfransda geniş məruzə ilə çıxış edib. Hatay, Dörd Yol bələdiyyəsinin  təşkil etdiyi konfransa çoxlu sayda ziyalılar və gənclər qatılıb. Dörd Yola bələdiyyə başqanı Yaşar Toksoyun açılış çıxışından sonra aprelin 24-də təşkil edilən və “Qondarma erməni soyqırımı yalanlarına cavab” adlı konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva  20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında,  20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində yaşayan türk kökənli insanları erməni yalanlarına qarşı daha ciddi mübarizəyə səsləyib. Millət vəkili ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib.  Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq  hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır: ”Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər.
Dünyanın  insan haqları deyərək  bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən  pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar  Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik.“Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili Qənirə Paşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib. “İnşallah gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”, – millət vəkili qeyd edib.
Araştırmaçı-yazar, "Olaylar" İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz da qondarma erməni soqyrımı yalanları ilə bağlı geniş çıxış edərək bu yalanlara qarşı mübarizədə dünyanın hər yerində yaşayan Türk kökənli insanların üzərinə düşən vəzifələrdən danışıb. Bu sahədə bir sıra kitablar yazar araşdırmaçı-yazar Hüseyn Adıgüzel də qondar erməni soyqrımı barədə çıxış edərək tarixi həqiqətləri geniş şəkildə çatdırıb və gəncləri yalanlara qarşı mübarizə istiqamətində gerçəklikləri daha dərindən öyrənməyə çağırıb. Sonda Q.Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, Həmmüəllifi olduğu Türkiyə türkcəsində“Karabağ hikayeleri” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu  tədbir iştirakçılarına hədiyyə edib“də ortaq tariximiz və problemləriizlə bağlı müəllifi olduqları kitablarl təbir iştirakçılarına imzalı hədiyyə edblər.
Tədbrin sonunda millət vəkili Q.Paşayevaya,araştırmaçı-yazar, "Olaylar" İnformasiya Agentliyi və qəzetinin baş redaktoru Yunus Oğuz və araşdırmaçı-yazar Hüseyn Adıgüzele tədbirin təşkilatçıları adından plaket təqdim ediblib.