Qənirə Paşayeva türkiyəli şəhid ailələrini ziyarət edib - FOTO

Baxış sayı: 
90
0  
0  

Hatay, Dörd Yol şəhid ailələri Azərbaycanlı şəhidlər bizim də övladımızdır, Azərbaycanın kədəri kədərimiz,sevinci isə sevincimizdir.
Millət vəkili Q. Paşayeva eyni zamanda son günlər terrorla və terror təşkilatları ilə mübarizədə şəhid olan Hatay, Dörd Yol bölgəsində şəhidlərin ailələrini də ziyarət edib, onlara azərbaycanlı qardaş-bacıları adından başsağlığı verib.
Millət vəkili şəhidlərimizə Allahdan rəhmət, sizə səbr, buradakı insanımıza bir daha belə acılar yaşamamasını diləyir, terroru və arxasında duranları isə lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib: “Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Biz də bu hadisələrdən çox narahatıq və çox üzüldük. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik.
Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”. Şəhid ailələri bu ziyarəti çox dəyərli hesab etdiklərini deyərək Azərbaycana, oradakı şəhid ailələrimizə də bizim salam və sevgilərimizi söyləyin deyiblər. Azərbaycanlı şəhid ailələrimizin şəhid övladları bizim də övladlarımızdır deyən şəhid ailələri bir millət və iki dövlət olan Azərbaycan və Türkiyənin güclənməsi üçün birliyimiz, bərabərliyimizin daha da güclənməsi ən böyük istəyimizdir deyiblər

Загрузка...
Загрузка...