QMİ sədri: 'Dini müxtəliflik Azərbaycanın milli sərvətidir'

 
 "Sizin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norması çərçivəində ədalətli həllinə səy göstərəcəyinizə ümidvarıq".
 
APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Roma Papası Fransisklə Azərbaycanda fəaliyyət göstərən dini  icma liderlərinin görüşündə deyib. O bildirib ki, dünya katoliklərinin lideri kimi Papanın fəaliyyəti böyük diqqətlə izlənir: “Sizin dünyanı narahat edən məsələlərə tənqidi münasibətiniz, miqrant problemi ilə bağlı qınağınız, terrorun səbəblərini pisləyərək İslam dininin adının terrorla yanaşı çəkilməsinə etirazınız, ksenefobiya hallarına qarşı qətiyyətli çıxışlarınız böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanda yaşayan müxtəlif konfessiya nümayəndələri bütün yüksək səviyyəli tədbirlərdə olduğu kimi sizinlə də görüşə birlikdə gəlmişik. Bu, Azərbaycanın gerçəkliyi, bizim adi həyat tərzidir. Dini müxtəliflik Azərbaycanın milli sərvətidir.
 
Azərbaycan bəşəri dəyərlərə də ehtiram və qayğı ilə yanaşır.  Dünyanın müxtəlif nöqtələrində Heydər Əliyev Fondunun prezidenti , ölkənin birinci xanımı Mehriban Əliyevanın nəcib təşəbbüsləri ilə tarixi dini abidələrə yeni həyat verilir. Vatikanda bu fondun xətti ilə həyata keçirilən işlər  bu gün böyük əhəmiyyətə malikdir".
 
QMİ sədri deyi ki, Azərbaycan dini mədəniyət abidələrin, müqəddəs kitabların, din atributların hər hansı formada aşağılanmasının əleyhinədir: "Təcavüz, terror və digər ekstremist əməllər nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların tezliklər öz torpaqrına  qayıtması üçün dualar edir, bu kimi bəlalara düçar olmuş insanlara münasibətdə ədalətli və mərhəmətli olmağa çağırırıq. Nüfuzlu dini lider kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsələndirdiyiniz fikirləri həssaslıq və ehtiramla qarşılayırıq. Azərbaycan xalqı və dövləti hər zaman münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədaləti həllini istəyir. Münaqişəsjnin sülh yoluhəlli ilə bağlı dəfələrlə Ermənistanın dini lideri ilə bir araya gəlmişik. Birlikdə bəyan etmişik ki bu münaqişə dini münaqişə səciyyəsi daşımır”.