Qızını sevgilisi ilə yataqda yaxaladı, başlarına açmadığı oyun qalmadı

Baxış sayı: 
314
0  
0  

 
İngiltərənin Mançester şəhərində yaşayan müsəlman ailəsində faciə yaşanıb.
Sorut Əli adlı dindar ata 17 yaşlı qızını sevgilisi ilə yataqda yaxalayıb. Gördüyü mənzərə qarşısında şoka girən 42 yaşlı Əli öncə qızının sevgilisi olan Ceymsi çəkiclə vuraraq evdən qovub. Ardınca isə qızı Fatiməni yumruq və təpiklə döyüb, saçlarından tutaraq yerdə sürüyüb.
Hadisə yerinə gələn polis Əlini həbs edib, Fatiməni isə xüsusi mühafizə olunan bir evə yerləşdirib.
Polisə ifadə verən Fatimə atasının ifrat dindar olduğunu və ona təzyiq göstərdiyini bildirib. O, atasının məcburiyyəti ilə geyindiyi hicabı ondan uzaqlaşdıqdan sonra çıxardığını deyib.
Polis gənclərin sağlamlığına qəsd edən atanın əməlindən peşman olmadığını və özünə haqq qazandırdığını bildirib.
 
Məhkəməyə çıxarılan Əlinin 1995-ci ildə 15 yaşlı qıza təcavüz edərək 7 il həbsdə qaldığı ortaya çıxıb.
Cinayət törətdiyini boynuna alan Əli 14 ay həbs cəzasına məhkum edilib./Publika.az

Загрузка...
Загрузка...