“Qızım Ərdoğan heyranıdır” – Tramp

 
 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ-ın yeni seçilmişı prezidenti Donald Tramp arasındakı telefon danışıqlarının detalları yayılıb.
Danışığın çox səmimi və müsbət keçdiyi deyilir.
Tramp Ərdoğana “sizə çox böyük hörmətim var” deyə bildirib: “Ölkəniz üçün çox yaxşı işlər həyata keçirmişiniz. İvanka (Trampın qızı) da yanımdadır, bağlantını o qurdu. Sizin böyük tərəfdarınız və heyranınızdır. Sizi sevir”.
Telefon söhbətində İŞİD, FETÖ lideri Fətullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib, liderlər bu məsələlərdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.
 

Загрузка...
Загрузка...