​Qızılın unsiyası 1900 dollara qədər bahalaşa bilər

 
İqtiadiyyata olan inamın azalması fonunda qızlın unsiyasının 2016-cı ilin sonuna qədər 44% bahalaşaraq 1900 dollara yüksəlməsi gözlənilir.
 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə qızıl sənayesinin tanınmış nümayəndəsi Robert Mak Even (Robert McEwen) çıxış edib.
 
"McEwen Mining İnc." və "Goldcorp İnc." şirkətlərinin yaradıcısı olan Mak Even dünya valyutalarında və qiymətli kağızlarında olan qeyri-müəyyənliklə birlikdə qiymətli metalın 1700-1900 dollar diapazonuna yüksələcəyini proqnozlaşdırılır. Onun fikrincə, minimal səviyyə, hətta mənfi olan istiqraz faizləri investorları alternativ aktiv axtarışına yönəldib. Belə bir vəziyyətdə ən risksiz maliyyə aləti olan qızıla yatırım edənlərin sayı getdikcə artmaqdadır.
 
Mak Even onu da qeyd edib ki, qızıla yatırım həmişə digər alternativ aktivlərlə müqayisədə az olub, çünki bu alətin gəlirliliyi az olur.  Amma indi mənfi faizlərin hökm sürdüyü şəraitdə qızıl ən yaxşı və risksiz yatırım vasitəsidir.
 
"Report"un analitik qrupu isə hesab edir ki, qızılın qiyməti FES-in faizləri artırmağa başlaması ilə azalacaq. 2016-cı ilin sonuna qızılın unsiyasının qiyməti 1250 dollara, 2017-ci ildə isə 1000 dollara qədər geriləyəcək.