“Qızıl top”a namizəd olan 30 futbolçunun adı açıqlandı – Siyahı

 
“France Football” jurnalı dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına bütün namizədlərin adlarını açıqlayıb.
 
“Report”un məlumatına görə, siyahıda 30 futbolçu yer alıb.
 
Bunlar Kriştianu Ronaldo (Portuqaliya, “Real Madrid”), Qaret Beyl (Uels, “Real Madrid”), Serxio Aquero (Argentina, “Mançester Siti”), Pyer-Emerik Obameyanq (Qabon, “Borussiya” Dortmund), Canluicu Buffon (İtaliya, “Yuventus”), Kevin de Bruyne (Belçika, “Mançester Siti”), Paulo Dibala (Argentina, “Yuventus”), Dieqo Qodin (Uruqvay, “Atletiko”), Antuan Qrizmann (Fransa, “Atletiko”), Qonzalo İquain (Argentina, “Yuventus”), Zlatan İbrahimoviç (İsveç, “Mançester Yunayted”), Andres İnyesta (İspaniya, “Barselona”), Koke (İspaniya, “Atletiko”), Toni Kroos (Almaniya, “Real Madrid”), Robert Levandovski (Polşa, “Bavariya”), Huqo Lloris (Fransa, “Tottenhem”), Riyad Maxrez (Əlcəzair, “Lester”), Lionel Messi (Argentina, “Barselona”), Luka Modriç (Xorvatiya, “Real Madrid”), Tomas Müller (Almaniya, “Bavariya”), Manuel Noyer (Almaniya, “Bavariya”), Neymar (Braziliya, “Barselona”), Dimitri Payet (Fransa, “Vest Hem”), Pepe (Portuqaliya, “Real Madrid”), Pol Poqba (Fransa, “Mançester Yunayted”), Ruy Patrisiu (Portuqaliya, “Sportinq”), Serxio Ramos (İspaniya, “Real”), Luis Suares (Uruqvay, “Barselona”), Ceymi Vardi (İngiltərə, “Lester”) və Arturo Vidaldır (Çili, “Bavariya”).
Bu il ilk dəfə olaraq “Qızıl top”un sahibi yalnız jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək.
 
Xatırladaq ki, “Qızıl top”a bu il əsas namizəd “Real”la Çempionlar Liqası və Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanan 31 yaşlı Ronaldu sayılır.
Mükafatı son olaraq Messi qazanıb.