"Qızıl saray"da ilk - Tramp qızı ilə birlikdə... - FOTO

 
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ilk dəfə dünya liderlərindən biri ilə görüşüb.
 
Turaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Trump Tower otelindəki evində Yaponiyanın baş naziri Şinzo Abeni qəbul edib.
 
Görüş zamanı ən diqqətçəkən məqam isə Trampın qızı İvankanın da görüşdə iştirak etməsi olub.
 
İvankanın görüşdə iştirak etməsi Trampın qızına yeni hökumətdə yer verəcəyi iddialarını yenidən gündəmə gətirir.
 
Abe ilə görüşdən sonra açıqlama verən Tramp bildirib ki, görüş ikitərəfli etibarlılığın qurulması məsələsinə təminat verir. Onlar silah satışını və iqtisadi məsələləri müzakirə ediblər.