Qızı doğulduğu deyilən qadın uşağı görəndə şoka düşdü - FOTO+VİDEO

 
 
Dünyaya uşaq gətirən qadının başına heç kimin gözləmədiyi hadisə gəlib.
 
Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Rusiyanın Voronej vilayətinin Liski şəhərində baş verib. Yenicə körpəsi dünyaya gələn Aksana Kolesnikova adlı qadına həkimlər qız övladı dünyaya gətirdiyini deyiblər və uşağı başqa palataya aparıblar.  Əslində isə uşaq oğlan olub. Bunu isə qadın evinə qayıtdıqdan sonra bilib. Uşağı çimizdirmək istəyərkən gənc ana uşağın pampersini açarkən şoka düşüb. Qadın görüb ki, uşaq oğlandır. Bunun necə baş verməsindən isə bir şey anlamayıb.
 
“Uşağım dünyaya gələn kimi mən onun qız və ya oğlan olduğunu görmədim, ancaq uşağın başını gördüm. Sonra tibb bacısından soruşdum ki, uşaq oğlandır, yoxsa qız? Tibb bacısı cavabında bildirdi ki, qız övladın dünyaya gəlib. 
 
Dedilər ki, körpənin çəkisi 3 klo yüz qram, boyu isə 50 santimetrdir. Uşağa hətta Maşa adını qoyduq. Evdə uşağı çimizdirməyə hazırlaşarkən uşağın pampersini açdım və gördüm ki, uşaq qız yox, oğlandır”.
 
Bu hadisədən sonra şoka düşən qadın dərhal xəstəxanaya zəng vurub. Xəstəxanadan bildiriblər ki, sənədlərdə səhvə yol veriblər. Əslində uşaq qız yox, oğlan olub. Bundan ürəyi rahat olmayan qadın yenidən analiz verib və məlum olub ki, doğulan oğlan uşağının anasıdır. Aksana fikirləşir ki, bir neçə gün ərzində necə ola bilər ki, heç kim uşağın qız və ya oğlan olmasını dəqiq bilməyib.
 
Məsələylə bağlı qadın prokurorluğa ərizəylə şikayət edib.

Загрузка...
Загрузка...