​Qiymət artımı ilə bağlı "Azərsun"dan RƏSMİ AÇIQLANA

 
 
 
 
"Azərsun Holdinq" bazar günü ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim etməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bir sıra ərzaq məhsullarının 5-20 qəpik arasında bahalaşdığı deyilir.
 
Məslə ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov bildirib ki, şirkət tərəfindən qiymət artımı və ya məhsulların qiymətində yenilənmə ilə bağlı qərar qəbul olunmayıb.
 
Afiq Səfərov deyib ki, şirkətin məhsulları xammalın alışına uyğyun dolların məzənnəsi ilə tənzimlənir: "Dolların məzənnəsinə uyğun olaraq bəzi məhsullarımızın qiymətində ucuzlaşma baş verib. Dolların məzənnəsi 1.48-dən AZN-dən 1.64 AZN-ə qalxıb. Prinsip etibarilə 20-25 faiz bahalaşıb. Ancaq bizim məhsullarda bahlaşma olmayıb.
 
Satış mərkəzlərində vəziyyət bir az fərqlidir. Şəhər mərkəzində olan mağazalarla şəhər kənarındakılar arasında qiymət fərqi ola bilər. Çünki şəhər mərkəzində icarə haqqı 2-3 qat baha olur. Elə məhsullar var ki xammala görə qiyməti 5 faiz aşağı salına bilər. Elə məhsullarda var ki, 5 faiz bahalaşa bilər. Mövsümü xarakterli məhsullarda qiymət ucuzlaşması var".
 
Holdinq rəsmisi qeyd edib ki, distribütorlar qiyməti müəyyən yerə qədər özləri tənzimləyir: "Sadəcə şəhərin birinci zonasında yerləşən marketlərdə icarə haqqı baha olduğundan onlarda qiymət nisbətən baha ola bilər. Valyutada qiymət fərqi olarsa, xammal almaq üçün qiymətlərdə müəyyən tənzimləmə olacaq. Hazırda holdinq qiymət artımı ilə bağlı qərar qəbul etməyib".