​ “Qiymət artımı Azərbaycanın inkişafına çox böyük töhfə verəcək” – Deputat

 
 
Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək”.
Azərbaycan 24  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:
 
“Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”.
 
R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində “kombi” istilik sistemindən istifadə etmir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.