​Qiymət 13,4 faiz artıb, maaş 6,4 faiz

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin ötən 11 ayda necə dəyişdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda qeyd olunur ki, 2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz artıb.
Noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,2 faiz, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları 0,3 faiz bahalaşıb.
Başqa bir rəsmi hesabata əsasən, 2017-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 517,8 min nəfər olub, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 525,4 manat olub.

Загрузка...
Загрузка...