“Qiyamətə qədər xristian və yəhudilərdən geridə qalacayıq” - ÖZƏL

 
 
Sərdar Cəlaloğlu: “Bundan yalnız o halda qaça bilərik ki, Quranı doğru şəkildə dərk edək”
 
“Biz Quranı Quran kimi dərk eləsəydik, həm xristianlar, həm də yəhudilər inkişaf baxımınan bizdən qat-qat geridə qalardı”.
 
Bunu Politika.Az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlunun sözlərinə görə, Quranı lazımi şəkildə dərk edənə qədər müsəlmanlar Allahın rəhmətindən məhrum qalacaq:
 
“Biz Quranı anlamadığımız üçün, İslam dini daxilində yenidən büdpərəstliyə getdiyimizə görə geidəyik. Əgər biz bu yanlış yoldan geri dönüb Quranı lazımi şəkildə dərk etməsək, qiyamətə qədər də onlardan geri qalacayıq. Allahın rəhmət və şəfaətindən uzaq olacağıq.
Qiyamət günü insanların əksəriyyətə cəhənnəmə gedəcək. Çünki Quranda açıq şəkildə yazır ki, insanların böyük çoxluğu cəhənnəmə gedəcək, az bir hissəsi isə cənnətə gedəcək. O az bir hissəsi isə məzhəb və təriqətlərdə deyil, Allahın doğru yolunda olanlar olacaq”.