"Qiyamçılar qayıqları qaçırmayıb" - Yeniləndi

 
Egey dənizinin Yunanıstana məxsus sektoruna qanunsuz daxil olan 2 katerin saxlanılması üçün Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən əməliyyat təşkil edilib.
 
Axar.az xəbər verir ki, Türkiyə Sahil Təhlükəsizlik Xidmətinə məxsus sözügedən katerlərin qiyamçılar tərəfindən qaçırıldığı ehtimal edilir.
 
Məlumata görə, əməliyyat hazırda davam edir.
 
 
Türkiyə Daxili İşlər Nazirliyi Sahil Təhlükəsizlik Xidmətinin 2 katerinin Yunanıstana qaçırılması xəbərini təkzib edib.
 
Axar.az xəbər verir ki, nazirlik açıqlamasında bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.
 
“Sahil Təhlükəsizlik Xidmətinin tabeliyində olan bütün kater və qayıqlar nəzarətdədir. Qiyamçıların 2 kateri qaçırması ilə bağlı yayılan xəbərlər əsassızdır”, - məlumatda vurğulanıb.