Qiyam arxasında müdhiş Qarabağ ssenarisi - deputatdan şok açıqlamalar

 
 
Ermənistanda Sərkisyan rejiminin düşdüyü vəziyyət Azərbaycan üçün yeni fürsət yaradıb. İrəvanda kütləvi iğtişaşlar Serj iqtidarının bütün diqqətini bu hadisələrə yönəldib
 
Politika.Az-ın xəbərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensivləşdiyi, prezidentlərin Paris görüşünə hazırlaşdığı və Türkiyənin də proseslərə qoşulduğu zamanda rəsmi İrəvan gözləmədiyi situasiya ilə üzləşib.
 
Sərkisyanın istefasını tələb edən xalqın ona və ordu rəhbərliyinə etimadı qalmayıb. Hakimiyyətə gələcək yeni qüvvənin isə danışıqlar prosesində hansı mövqedən çıxış edəcəyi qeyri-müəyyəndir.
 
Politika.Az xəbər verir ki, yeni iqtidarla danışıqların nəticəsiz qalacağı da istisna olunmur. Ermənistan ictimaiyyəti Qarabağ danışıqlarında yeni hökumətin hansısa güzəştini bağışlaya bilməz. Bu baxımdan Sərkisyanın yerinə gələcək hökumət də isti-isti emosional qərarlar verməz.
 
Bəzi ekpertlərin fikrincə, Ermənistandakı qarışıqlıqda məqsəd danışıqlar prosesini uzatmaqdır. Rəsmi Bakının sərgilədiyi mövqe və prezident İlham Əliyevin prinsipiallığı danışıqları Azərbaycanın xeyrinə istiqamətləndirib. Bu da erməni ictimaiyyətində narahatlıq doğurub.
 
İyulun 17-dən İrəvanda başlanan olayların arxasında həm də bir şou ehtimalı var ki, Qarabağ müzakirələrində status-kvo saxlansın. Kəsəsi, bu hadisələrin ssenariləşdirildiyi iddia edilir.
 
Millət vəkili Aydın Mirzəzadə da bildirib ki, 1996-cı ilin sonuna yaxın Azərbaycan Prezidenti Heydər Əliyevin səyi nəticəsində iki ölkə Dağlıq Qarabağ probleminin həllinə çox yaxınlaşmışdılar:
 
“Ancaq Ermənistanın o zamankı Baş naziri, Azərbaycanın işğal edilmiş ərazilərində keçmiş səhra komandiri Robert Koçaryan və ordu rəhbərliyi bunun əleyhinə çıxdılar. Ermənistan Prezidenti Levon Ter-Petrosyan istefaya getməli oldu”.
 
Millət vəkili 1999-cu ildə də yenidən problemin həllinə çox yaxınlaşdıqlarını vurğulayıb: “Ancaq həmin ilin oktyabr ayında bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum etdi və 8 nəfəri, o cümlədən həmin dövrdə ölkədə nüfuz sahibi olan baş nazir Vazgen Sarkisyanı və spiker Stepan Dəmirçyanı qətlə yetirdilər. Bununla da ehtimal edilən həll qeyri-müəyyən dövrə saxlanıldı”.
 
Xatırladaq ki, iyulun 17-də Ermənistan polis keşikçi-patrul xidməti (KPX) alayını ələ keçirmiş “Sasna tsrer” adlı silahlı dəstə iyulun 31-də silahı yerə qoyub hərbi əsir qismində hakimiyyətə təslim olduğunu bəyan edib.
 
Son günlər polis qüvvələri snayper atəşləri ilə dəstə üzvlərinin, ayaqlarından yaralayaraq, sıradan çıxarmaq taktikasını seçmişdi, dəstənin bir üzvü sinəsindən yaralanmışdı, telefonla 1in.am informasiya portalına silahlı dəstənin lideri Varujan Avetisyan deyib.
 
Silahlı dəstənin lideri Varujan Avetisyan hərbi əsir qismində rejimlə mübarizəni davam edəcəklərini bildirib.“Bizim missiyamız başa çatmayıb. Bizim üçün başlıcası xalqı ayağa qaldırmaq idi. Bir qədər ləng də olsa, xalq hərəkətə gəldi, xalq hərəkatı baş aldı”, - Varujan Avetisyan deyib.
 
İki həftə ərzində dəstə üzvlərinin polis snayperləri tərəfindən yaralanıb və, silahlı dəstənin dediyinə görə, “oğurlandıqdan sonra” KPX ərazisində cəmi 20 nəfər qalmışdı. Daha əvvəl Milli Təhlükəsizlik Xidməti KPX ərazisində 31 silahlı olduğunu bəyan etmişdi.
 
Bu məlumatlardan sonra da Yerevanda yüzlərlə insan silahlı dəstənin müdafiəsinə növbəti mitinqdə iştirak edib, onların bir hissəsi Yerevanın mərkəzi küçələri ilə yürüş yürüş keçirib.
 
“Sasna tsrer” silahlı qrupu iyulun 17-də polis keşikçi-patrul alayını ələ keçirib.
 
Silahlı dəstə müxalif “Müəssislər məclisi” hərəkatının lideri Jirayr Sefilyanın və başqa “siayasi məhbusların”azad edilməsi və prezident Serj Sarkisyanın istefasını tələb edir.