Qırğızıstan Prezidentindən növbəti klip - VİDEO

Qırğızıstan Prezidenti Almazbek Atambayevin “Mən sənsiz yaşaya bilmirəm” mahnısına çəkilən klipi YouTube şəbəkəsində yerləşdirilib. Klipə sutka ərzində 50 min tamaşaçı baxıb. Sayca beşinci olan bu mahnını da dövlət başçısı özü ifa edir.
 Klipi kinorejissor Furkat Tursunov çəkib və burada 1967-ci ildə “Mosfilm” kinostudiyasında istehsal olunan “Bir daha məhəbbət haqqında” filminin kadrlarından istifadə edilib.
 Prezident deyib: “Bu mahnı 2009-cu ildə rus şairi Nikolay Aseevin eyni adlı şeirinə yazılıb. Tələbə olanda institut ansamblında gitarada bunu ifa etmişəm. Məncə mahnı da yaxşı alınıb”.
Musiqi və ədəbiyyata böyük marağının olduğunu söyləyən dövlət başçısı 2017-ci ildə prezidentlik müddəti başa çatdıqdan sonra aktiv yaradıcılığa başlayacağını deyib.
 <iframe width="420" height="315" src="https://www.youtube.com/embed/Ah5Ce5BB5nY" frameborder="0" allowfullscreen></iframe>