Qırğızıstan prezidenti: ‘Mini ətək geyən qadınlar ”canlı bomba” olmur’

 
Qırğızıstan prezidenti Almazbek Atambayev hicablı qadınlar barəsində qalmaqallı açıqlamalar verib.
 
Musavat.com xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə islami geyim olan çarşaf küçələrdə asılan afişalarda tənqid olunub, milli qırğız geyimləri ilə müqayisə edilmişdi.
Mövzu ilə əlaqədar açıqlama verən Qırğızıstan preizdenti “Mini ətək geyinən qadınlar “canlı bomba” olmur” deyib.
 
Atambayev afişalar asıldıqdan sonra mini ətək geyinən qadınların hədəf alındığını bildirərək onları, müdafiə edib: “Bizim qadınlarımız 1950-ci ildən bəri mini ətək geyinir və heç vaxt “canlı bomba” olmayıblar. Geyimlər insanın fikrini dəyişdirə bilər. Qırğızıstanı bəyənmirsizsə, istədiyiniz yerə gedə bilərsiniz. Yol pulunuzu verərik, Suriyaya belə gedin”.
 
Məlumata görə, Qırğızıstandan Suriya və İraqa 350 nəfər cihadçının getdiyi təxmin edilir.