QHT Şurasının dəstəyi ilə Neftçalada insan alverinə dair tədbir keçirildi

Mayın 3-də Neftçala şəhər M.Səfərov adına İnternat tipli ümumi orta məktəbində "İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir Daxili İşlər Nazirliyinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə təşkilatçılıgı, Azərbaycan Prezidenti  yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.
Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı,  polis  kapitanı  Xəyyam Nəcəfov, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri, "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və məktəbin direktoru Aytəkin Mahmudova  insan alverinin ağır nəticələri, bu ümumbəşəri bəla ilə mübarizənin mahiyyəti və formalarından danışıblar. Onlar bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə metodları barədə geniş məlumat verdilər. Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Yekunda tədbir iştirakçılarına insan alverinə dair mübarizə metodlarını əks etdirən bukletlər paylanılıb.