QHT Şurası “Ağdam - 5 fraqment” filminin təqdimat mərasimini keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimat mərasimi keçiriləcək.
Mərasimdə filmin yaradıcı heyəti,  dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri və QHT rəhbərləri iştirak edəcək.
Qeyd edək ki, adıçəkilən film 11 fevral 2016-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilmiş və yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Təqdimat mərasimi 21 aprel 2016-cıl il, saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Ünvan: Bülbül prospekti 20.