QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar

 
Veteran hüquq müdafiəçiləri Aytən Səfixanlının fəaliyyətindən xəbərsizdir
 
Zalihə Tahirova: “Aydın Səfixanlı münasibətlərdə pis adam deyil, amma fəaliyyətdə… Belə də, nə deyim”
 
Son günlərdə ölkə mətbuatında QHT-lərə Dövlət Dəstəyi Şurası və məmurların QHT-çi qohumlarıyla bağlı bir sıra məlumatlar yayılmaqdadır. Məsələn, qeyd olunur ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi 2016-cı il üzrə üçüncü qrant müsabiqəsinə QHT-lər tərəfindən 233 layihə təklifi daxil olub ki, onlardan da 24-ü sənəd çatışmazlığı səbəbindən ilkin seleksiyadan keçməyib. 209 layihə isə ekspertizaya təqdim olunub. Bunlardan 84 layihə keçid balını toplaya bilib. Ona görə də Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 84 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.
 
Dövlətə xidmət, yoxsa dostluq, tanışlıq, qohumluq…
 
Xatırladaq ki, bu Azay Quliyevin rəhbərlik etdiyi qrant monopoliyasının 3-cü müsabiqəsidir. Amma 2016-ci ilin 1-ci və ikinci maliyyə yardımı müsabiqələri də ciddi narazılıqla qarşılanmışdı. Hətta məmur qohumlarına, deputat övladlarına, yaxınlarına, Quliyevin özünə yaxın şəxslərə qrant ayırması uzun müddət müzakirəyə səbəb oldu. Buna misal olaraq ötəndəfəki siyahıda bir neçə deputatın (Əli Hüseynli – 14 000 AZN, Fuad Muradov – 14 000 AZN, Elşən Musayev – 3 000 AZN), çoxsaylı jurnalistlərin, Vətəndaş Cəmiyyəti adına iddialı şəxslərin, məmur qohumlarının (məsələn, Cavid Qurbanovun atası Qənbər Qurbanov – 10 000 AZN) adlarını göstərə bilərik (xalqxeber.az).
 
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqələrində ancaq Ədliyyə Nazirliyinin qeydiyyatdan keçirdiyi QHT-lər iştirak edir və bu da, davamlı olaraq mətbuatda narazılıqla qarşılanıb. Belə ki, vaxtilə xarici təşkilatlardan qrant alan qeydiyyatsız QHT-lər son zamanlar “böhran dövrü”nü yaşayırlar. Lakin bəzi QHT-lər var ki, yuxarıda qeyd edildiyi kimi, ayrı-ayrı məmurların qohumlarına məxsusdur və bu QHT-lərin qeydiyyatdan keçməsi zamanı da elə ciddi problemlər müşahidə olunmur. Belə təşkilatlardan bəzilərinin hansı işlə məşğul olduğu da ictimaiyyətə məlum deyil.
QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar
Adətən, hesabat xatirinə, bəzi QHT-lərin formal xarakterli və kiçik həcmli məlumatları çox da oxunulmayan, bir neçə “dejurnı” saytlarda yayımlanır və beləliklə də, bu təşkilatın fəaliyyəti ilə bağlı görüntü yaradılır. Bu cür “önəmli” təşkilatların tədbirlər keçirməsində də elə bir problem yaşanmır. Adətən, bəzi yerlərdə məktəblilərin “xüsusi tapşırıq”la akt zallarına toplanması kimi hallar barədə oxucularımız az məlumatlı deyil.
 
Əvvəlcədən tədbirləri barədə heç bir anons verməyən, təbliğat aparmayan bir QHT-nin ani olaraq onlarla, yüzlərlə şagirdi və müəllimi bir zala toplaması hər kəsdə təəccüb doğura bilər…
QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar
Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytı araşdırma aparmış və davamlı olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant alan təşkilatlardan birinin adını açıqlamışdı. Söhbət Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının həyat yoldaşı Aytən Səfixanlının rəhbərlik etdiyi “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyindən gedir.
 
Məqalədə bildirilir ki, sözügedən təşkilat 2013, 2015 və 2016-cı illərdə QHT Şurasının maliyyə dəstəyi ilə müxtəlif seminar və tədbirlər həyata keçirib. “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyinin son tədbiri bu ilin oktyabrında və yenə də QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qubada məktəblərdən birinin akt zalında baş tutub: “İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində uşaqların, valideynlərin, müəllimlərin və yerli icmaların iştirakı ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirmişdir. Birliyin sədri və layihə rəhbəri Aytən Səfixanlı tədbiri giriş sözü ilə açaraq belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Quba Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir (udpo.az).
QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar
Kavkaznews.az saytı aydınlaşdırmaq istəyib, həqiqətənmi, QHT-lərə Dövlət Dəstəyi Şurası eyni təşkilatlara qrant ayırır? “Bu suala cavab tapmaq üçün, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanova müraciət etdik. “Bizim Şura qeyri-hökumət təşkilatları üçün müsabiqələr elan edir və təqdim olunan layihələri ekspertizasını apararaq, onları Şuranın müzakirəsinə çıxarır”, – deyə F.Qurbanov bildirib.
 
O qeyd etdi ki, QHT-lərə Dövlət Dəstəyi Şurası ekspertlərin rəyini və təqdim olunan arayışları nəzərə alaraq, qərar qəbul edir: “Bu qərarlar nəticəsində, layihələrin maliyyələşməsi həyata keçirilir”. İcraçı direktorun sözlərinə görə, Şuranın seçimi hər şeydən əvvəl təşkilatın seçdiyi problem və bu problemin həlli üçün verdiyi töhfələr əsasında aparılır: “Azərbaycanda 800-dən çox QHT var. Hər il onlar müsabiqəyə dəvət olunur”. Fərasət Qurbanov onu da əlavə edib ki, hər hansı layihə ilə bağlı qərar qəbul edərkən, müvafiq təşkilatın əvvəlki fəaliyyətinə də nəzər salınır. Biz ölkədəki bəzi tanınmış vətəndaş cəmiyyəti nümayəndələrinin də fikrini öyrənməyə çalışdıq.
 
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Qafqaznews.az-a bildirdi ki, indiyə kimi, iştirak etdiyi müsabiqələrdə öz təşkilatına qarşı hər hansı qərəzli münasibətlə üzləşməyib.
QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar
“Bir dəfə layihəm geri qaytarılıb, onda da baxmışam ki, bəli, sənədləri həqiqətən də düzgün tərtib etməmişik, səhvə yol vermişik. Lakin Şura tərəfindən hər hansı problemlə üzləşməmişik”, – deyə M.Zeynalova vurğulayıb.
 
Lakin o, “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyini və onun sədrini tanımadığını deyib: “Bilmirəm, indiyə kimi hər hansı şəkildə əməkdaşlıq etməmişik. Bəlkə də, həqiqətən də iş görür, amma mənim xəbərim yoxdur, tanımıram”. Hüquq müdafiəçisi, Demokratiyanın İnkişafı və İnsan Haqlarının Müdafiəsi Fondunun rəhbəri Murad Sədəddinov isə ümumiyyətlə, QHT-lərə Dövlət Dəstəyi Şurasının müsabiqələrində iştirak etməyib: “Bizim təşkilatın dövlət qeydiyyatı olmadığına görə, Şuranın müsabiqələrinə qatılmırıq. Ona görə də, necə keçirilir və kimlər qrant qazanır, məlumatlı deyiləm”.
QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar
M.Sədəddinov da Aytən Səfixanlı və onun təşkilatı barədə ilk dəfə bizdən eşitdiyini bildirdi. İnsan Hüquqlarını Müdafiə Mərkəzin İH üzvü, Ombudsman yanında İctimai-Nəzarət Şurasının üzvü Zalihə Tahirova da təşkilatlarının QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqələrə qatılmadığını deyir. “
QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar
Biz o müsabiqələrə qatılmırıq, məlumatlı deyilik. Sadəcə maraqlı deyil. Bəzən maraqlı layihələr də olur, bölgələrə gedirlər, hər hansı işlər görülür… Lakin ümumilikdə, bu QHT-ləri gördüyü tədbirlər beynəlxalq miqyas ala bilmir, elə ölkə daxilində hər hansı tədbirlər keçirirlər. Ümumiyyətlə, QHT sektorunda son zamanlar çox xoşagəlməz mənzərə yaranıb. Hər cür adama rast gəlmək olar… Veteran hüquq müdafiəçiləri isə bir növ unudulub. Biz daim hökumətlə QHT-lər arasında dialoqun tərəfində olmuşuq, lakin kimlərsə məqsədli şəkildə bu dialoqu pozmağa, aqressiya yaratmağa çalışıb. Hətta beynəlxalq təşkilatlarla da münasibətlərimizi korlamağa çalışan, daim səs-küy, qalmaqal marağında olan bəzi şəxslər var ki, onlar öz mənfəəti naminə hər şeyə hazırdırlar”, – deyə Z.T56a883c2485fahirova qeyd etdi.
QHT sektorunda qohumbazlıq sindromu və Səfixanlılar
Aytən Səfixanlını indiyədək tanımadığını, “Sağlam Həyat”ın fəaliyyəti barədə eşitmədiyini deyən Z.Tahirova Aydın Səfixanlı barədə sualımıza belə cavab verdi: “Aydın Səfixanlını çox yaxşı tanıyıram. Münasibətlərdə pis adam deyil, amma fəaliyyətdə… Belə də, nə deyim”. “Hərbi jurnalistlər” İctimai Birliyinin sədri, ekspert Üzeyir Cəfərov isə ümumiyyətlə QHT-lərə külli miqdarda dövlət vəsaitinin ayırılmasının əleyhinədir. “Mən bu müsabiqələrə qatılmıram, amma kənardan onu deyə bilərəm ki, elə də səmərəli layihələr həyata keçirilmir. Kimlərinsə haqqında babal yuya bilmərəm. Amma çox zaman müşahidə edirik ki, dövlət vəsaiti yalnış adamlara etibar olunur.

Загрузка...
Загрузка...