QHT Azərbaycan Dövlət Pedaqoji Kollecində layihənin yekun təqdimatını keçridi-Fotolar

 
Bu gün, noyabrın 28-də Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi Azərbaycandakı (Ermənstandakı) tarixi abidələrimizi öyrənək və tanıdaq !!!" adlı layihə çərçivəsində westazerbaijan.info saytının yekun təqdimat tədbirini Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirdi.
 
 
Layihə rəhbəri, MTİM İB sədri, tanınmış jurnalist Səidə Bahadur qızı və layihənin eksperti- politoloq Taleh Əliyev çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib. Mövzu ətrafında müzakirələr aparılıb.
 

 
Xatırladaq ki, layihə çərçivəsində Ermənistanda yerləşən Azərbaycanın məhv edilmiş və ya məhv olma təhlükəsi ilə üz-üzə olan tarixi abidələr haqqında Azərbaycan və dünya ictimayyətinə məlumat vermək üçün azərbaycan və ingilis dillərində yaradılmış westazerbaijan.info saytı, həmçinin Facebook sosial şəbəkəsində “Qərbi Azərbaycan” adlı səhifəsi yaradılıb.
 
 
Saytın təqdimatı nəzərdə tutulduğu kimi Bakı və Sumqayıt şəhərlərində yerləşən bir sıra ali və orta ixtisas məktəblərində keçirilmişdir.
 
 
Sayca beşinci tədbir uğurla başa çatıb. Azərbaycan Memarlıq və İnşaat Unversitetində, Sumqayıt Dövlət Texniki Kollecində, Sumqayıt Dövlət Unversitetində və Bakı Dövlət Unversitetində keçrilən tədbirlər geniş rezonansa səbəb olub. Tələbələr gözəl ideyalarla çıxış edib, yaradıcı təkliflərin həyata keçirilməsində iştirak edəcəkləri gözlənilir.

 

Загрузка...
Загрузка...