Qeyri-adi elan - Britaniyanın baş naziri satışa çıxarıldı

Bütün dünyada məşhur olan eBay satış portalında qeyri-adi elan dərc olunub.
Bu barədə Virtualaz.org «Mashable» nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, həmin elanda Britaniyanın baş naziri Devid Kemeron hərrac vasitəsilə satışa çıxarılıb. Hərracın aprelin 18-dək davam edəcəyi bildirilir.
Satışa çıxarılmış lot haqqında məlumatda olunub ki, Britaniyanın baş naziri istifadədə olub, indi isə ehtiyac olmadığından satılır. Hərracda qiymət 65 min 900 funt sterlinqə çatdığı vaxt elan saytdan yoxa çıxıb. Elanın müəllifi barədə məlumat verilmir.