​Qədim Tiflisin qədim məscidləri

 
Dünyada olan şəhərlər arasında Tiflisin də özünə məxsus yeri vardır. Burada müxtəlif dinlərə qulluq edən dindarların ibadət yerləri, məbədləri öz-özlüyündə bu qədim şəhərin gözəllik çalarlarına koloritinə öz cizgilərini,özəlliklərini əlavə edir.Onlar bir-birinə çox yaxın olub. Bir çevrəni təşkil ediblər. Onların  qədim Tiflisin  mərkəzində  olduğu yer dördbucaq həndəsi fiquru əks etdirirmiş. İfadəmi keçmiş zamanda ona görə qeyd etdim ki, bu fiqurun bir ucunu təşkil edən  şah Abbas məscidi hazırda mövcud deyildir. O, yalnız o dövrdə yaşayan rəssamların əsərlərində, fotoqrafların şəkillərində  qorunub saxlanılmışdır. Odur ki, «Qarapapapqlar» dərgisinin oxucularına bu məscidlər barədə  müəyyən məlumat vermək istəyirəm. Tiflisdə  müsəlman  əhalisi  ərəblər tərəfindən  işğaldan sonra VIII əsrdən əmələ gəldi. Orta  əsrlər boyu  burada  bir neçə məscid inşa olunub.  Müəyyən bir vaxt Tiflisdə bir neçə məscid fəaliyyət göstərirmiş. Onun bəziləri Nadir şahın Gürcüstana hücumu zamanı darmadağın edilmişdi. Müsəlman qəbiristanlığının, indiki Nəbatat bağının yaxınlığında, hazırkı Cümə məscidinin üst yanında məscid mövcud olub. İndiki Cümə məscidi öz simasını dəfələrlə dəyişmişdir. XIX əsrin sonlarında isə məscid hazırki formasmın almışdır.
 
Nariğalanın ətəyində, indiki  Nəbatat  küçəsinin sonunda, 1723-1735-ci illərdə Tiflisi ələ keçirən zaman  osmanlılar sünni məscidi inşla ediblər ki,  bunu da həmin vaxtlar  iranlılar 1740-cı ildə dağıdıblar.  1846-1851-ci illərdə  məscid memar Covanni Skudiyerin layihəsi əsasında bərpa olunub, lakin XIX əsrin sonunda  onu da dağıdıblar və yerində yenisi inşa ediblər ki, bu da hazırda  Tiflisin fəaliyyətdə olan yeganə məscididir.
 
Bütün müsəlman aləmində tanınmış milyonçu - neftxuda Hacı Zeynalabdin Tağıyev Tiflisə gələrkən (o, Tiflisdə Mixaylovski küçəsində, indiki Qurucu David prospektində torpaq icarəyə götürərək, bez istehsal edən fabrik tikdirmişdi) Cümə məscidinə baş çəkmiş, onun tikintisinin başa çatdırılması üçün müəyyən məbləğdə ianə vermişdir.
 
J. Turnefor «Şərq ölkələrinə səyahət» əsərində yazır:
 
«Tiflisdə beş yunan qaydasında olan kilsə vardır, dördü şəhərdə, biri də şəhər ətrafı məhəllədə. Elə burada yeddi erməni kilsəsi, Qalada iki məscid vardır. Üçüncü məscid də vardı, lakin hazırda baxımsız vəziyyətdədir». 
 
Orta əs­rlərdə Meydan tərəfindən kör­püyə doğru gedən dar küçə dükanlarla dolu idi. Körpü yaxınlığında sahildə axtalalı yepiskopun yerləşdiyi, Konstantin və Yelena adına tikilmiş kilsə var idi. Onu monqollar uçurmuşlar. Onun bərpasından sonra yenə də Şah Abbasın hücumu zamanı dağıdılmışdır. Onun yerində XIX əsrdə üçmərtəbəli karvansara tikilmişdir. 1522-ci ildə Şah İsmayılın qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində bilavasitə körpünün yanında şiə məscidi tikilmişdir. Sonralar Şah Abbasın hücumu zamanı (1606-cı il) məscid genişləndirilmiş, minarələr ucaldılmışdır. Məscid şah Abbasın adını daşıyırdı. Böyük Vətən müharibəsindən sonra yeni körpünün tikilişi ilə əlaqədar məscid uçurulmuşdur.
 
İranlıların son hücumu zamanı, 1795-ci ildə körpü şəhər tarmar ediləndə dağıdılmışdır. 1797-ci ildə o bərpa edilmiş və yalnız 1805-ci ilədək mövcud olmuşdur. Körpünü daşmış Kür uçurub-dağıtmışdır. 1805-ci ildə salınmış ağac körpü  tağlı ağac körpüsü ilə əvəz edilənədək, yəni 1826-cı ilədək mövcud olmuşdur. 1870-ci ildə burada dəmir körpü salınmışdır.
 
1805-ci ildən, bir az aşağıda çox da güvənili olma­yan ikinci körpü fəaliyyət göstərirdi ki, o, da tez-tez təzələnməli olurdu. Yuxarı körpü Avlabar körpüsü, aşağı körpü Metex körpüsü adlanırdı.
 
1849-cu ildə Metexin müvəqqəti keçidləri əvəzinə ağacdan «Taun» sistemli körpü salınır ki, bu da 1870-ci ilədək mövcud olur. Sonra isə onu dəmir körpü əvəz edir. Avlabar körpüsündən nəqliyyat, araba, fayton keçirdisə, Metex körpüsündən yalnız piyadalar, eşşəklər hərəkət edirdi. Buna görə də tiflislilər bu körpüyə «Eşşək körpüsü» adı da vermişdilər. Avlabar körpüsünün uzunluğu 30,5 metr idi, Metexinki isə - 27,5 metr. Yeni dəmir-beton körpüsünün tikintisi ilə əlaqədar hər iki köhnə körpü bizim əsrin 50-ci illərində Metex körpüsünün tikintisinə başlanmamasından öncə, 1951-ci ildə, Avlabar körpüsü isə yeni körpünün açılışından bir neçə il sonra, 1955-ci ildə uçurulmuşdur.
 
İndiki körpü 1951-ci ildə salınmışdır. Bu körpü salınan zaman Metex qalası dibində mövcud olan körpülərin həndəvərlərində qədim tikililərdən oluşan özünəməxsus kompleks məhv edilmişdir. Burada yaşayış binaları ilə yanaşı, Kürün sahilindəki karvansaralar, «Şah Abbas» məscidi adlanan məscid uçurulmuşdur.
 
Yazıçı, tarixçi, publisist, siyasi və ictimai xadim (II İraklinin nəvəsi, şahzadə Teklenin böyük oğlu) Aleksandre( Pupliya) Orbelianinin verdiyi məlumata görə, Nağaraxananın yanında şəhərin məscidlərindən  biri  dururdu ki,  bu da Vaxuştinin  dediyinə görə., «Çar Rostom inşa edib...  öz sarayının   içində (çar Rostom müsəlmanlığı götürərək Xosrov Mirzə adlanırdı-M.M.) şahzadə Baqrationinin «Gürcüstan çarlığının tarixi» kitabında  ümumiyyətllə, Tiflisdə  körpünün qulağında bir neçə məscidin olmasını  qeyd edir, biri hamamların yanında, biri Gəncə qapısının  yanında,  biri də çar meydanında. Sənədin verdiyi məlumata görə, Rastbazarın təxmini  lokallaşdırılması  mümkün olur. Rastbazar  sənədlərdə  bizə XVII əsrdən  rast gəlir. Sənədlərə görə, Rastbazarın  dükanlarının şimalında  məscidin divarıdır ( 1781-ci il, 22 iyul  tarixli sənəd, Gürcüstan Mərkəzi Arxiv Fondu 1450, dəftər. №4, №89) ( Burada Rostom tərəfindən  Çar meydanında  inşa olunan  məscid nəzərdə tutulur). Başqa sənəd ilə isə məscidin bu divarı Saracxana dükanı ilə həmsərhəddir: «Saracxana dükanının arxasında  Çar meydanının məscididir»(1779-cu il, VII-nin  sənədi, Gürcüstan  İncəsənət Fondu. Qd 842)
 
Hazırda  Tiflisdə  Nəbatat bağına gedən yolda müsəlmanların yeganə məscidi –Tiflis Cümə Məscidi  fəaliyyətdədir. Tikili kərpiclə  inşa olunub, neoqot və islam  ünsürləri ilə  bəzədilib,  Kərpiclə inşa olunan  məscidin  bayır tərəfdən suvaqlanmayan divarları   tağlı pəncərələrə bölünüb. İstisna haldır ki, bu məscidə  ibadət üçün şiə, eləcə də sünni məzhəbinə  qulluq edən  müsəlmanlar gəlirlər.
 
Mirzə Məmmədoğlu