Qədim atlantların müalicəvi ocağı – “Xərçəng”in sonu...

 
Amerikalı astroloq Edqar Keysi yalnız gələcəyi proqnazlaşdırmayıb, o, həmçinin keçmişdə baş verənlər barədə də danışıb.
 
Teleqraf.com-un məlumatına görə, onun yüksək inkişaf etmiş bir sivilizasiyaya malik olan Atlantida haqqında bir sıra açıqlamaları var.
 
Maraqlıdır ki, Keysi atlantların necə göründüyü barədə danışıb. O bildirib ki, onların boyu çox fərqli olub. Cırtdan atlandlardan nəhənglərə qədər. Nəhəng atlandlarınboyu 3-3,6 metr olub.
 
Keysi Atlantida tibbi haqqında da maraqlı fikirlər deyib. O, bildirib ki, atlandların müalicəsi üçün rentgen şüaları kimi bir vasitədən - müəyyən enerji və mözüzəvi "od"dan istifadə etdilirdi.
 
Bu “od”la insan orqanizmi canlandırılırdı və onun "sehrli şüaları" ilə bədəndə olan zərərli qüvvələr yandırılırdı. Atlantlar bü usulla cavanlaşa da bilirdilər.
 
Maraqlıdır ki, qədim Hindistan eposu "Riqveda"da da cavanlaşmanın ən unikal üsulları haqqında yazılıb.
 
Bir neçə gün əvvəl mediada Sibir fizikasının xərçəngin müalicəsi üçün “elektron top” hazırladığı haqda bir məlumat yazılmışdı.
 
Məlumata əsasən, “Elektron top” zərərli hüceyrələri məhv edir, sağlam hüceyrələrə isə heç bir təsiri olmur.
 
Bəlkə də bizim texnologiyalarımız Atlantidada mövcud olan müalicə üsuluna yaxınlaşır.
 
Müəllif: Günay Əli

Загрузка...
Загрузка...