​Qəddafinin qatili siyasətdən getdi

Fransanın eks-prezidenti Nikola Sarkozi siyasətdən gedir.
 
Bunu eks-prezidentin özü jurnalistlərə açıqlamasında söyləyib. O, bu addımını prezident seçkisi ilə əlaqədar keçirilən praymerizdə lazım olan sayda səs toplamamaması ilə əlaqələndirib. Belə ki, praymerizin birinci turunda Sarkozi 20,7%, onun rəqibləri Fransua Fiyon 44,2%, Alen Jyuppe isə 28,4% səs toplayıb. Sarkozi prezident seçkisində Fransua Fiyonu dəstəkləyəcəyini də bildirib.
 
Qeyd edək ki, bundan öncə Fransada keçirilən sorğu zamanı eks-prezidentin ultrasağçıların lideri Marin Le Pendən də geri qaldığı bəlli olub.
 
Sarkozi Liviyanın mərhum lideri Müəmmər Qəddafinin devrilməsinin əsas dəstəkçilərindən biri olub. Məhz o, NATO-nun Liviyaya qarşı əməliyyatlara başlamısına təşəbbüs göstərib. İddialara görə, 2007-ci ildə Sarkozinin hakimiyyətə gətirilməsinə əsas maliyyəni məhz Qəddafi ayırıb.

Загрузка...
Загрузка...