Qəbələdə ər 3 uşaq anası olan arvadını boğaraq öldürüb

 
 
Qəbələ rayonunda qətl hadisəsi baş verib.
 
Ölkə.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb.
 
Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.
 
Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.