“Qəbələ” - “Neftçi” oyununda qollu heç-heçə

Azərbaycan Premyer Liqasının 32-ci turunun daha bir oyunu başa çatıb.
Goal.az xəbər evrir ki, günün ikinci, turun isə dördüncü oyununda "Qəbələ"  "Neftçi"ni qəbul edib. Daha əvvəl başa çatan "İnter" - "Sumqayıt" oyununda olduğu kimi qapılara 4 qol vurulub və hər tərəf iki dəfə fərlənib. Bu oyunda da 2:2 hesabı qeydə alınıb:
Azərbayan Premyer Liqası
XXXII tur, 1 may (bazar)
“Qəbələ” – “Neftçi” 2:2
Qollar: Aleksey Qay 21, Rəşad Sadiqov 50 - Ruslan Qurbanov 33, Elşən Abdullayev 64