Qazaxıstandakı son atışmanı bu ölkə törədib – Şərh

Hamı Rusiyanın Qazaxıstanda Ukrayna ssenarisini təkrarlayacağını düşündüyü bir zamanda Suriya ssenarisi tətbiq olunmağa başladı.
 Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı politoloq Sergey Taran söyləyib. Onun sözlərinə görə, Rusiya Suriyada olduğu kimi, Qazaxıstanda da çalışacaq ki, sülhməramlı və stabilliyin zəmanətçisi rolunda çıxış etsin:
 “Bu ssenaridə aydın uyğunsuzluqlar var. Birincisi, Qazaxıstan Suriyadan fərqli olaraq dünyəvi dövlətdir və burada islamçıların sosial bazası böyük deyil. İkincisi, qonşu Çin Kremlin burada oynayacağı yeni oyunu səssiz müşahidə etməyəcək. Ona görə də Qazaxıstanın hələlik Suriya ssenarisindən qaçmaq şansları var. Bu, Nazarbayevin sağlığı və şəxsi azadlığının dərəcəsindən asılı olacaq”.
 Qeyd edək ki, ötən gün Qazaxıstanda bir qrup şəxs əvvəlcə Aktobe şəhərindəki mağazalardan birinə, daha sonra isə hərbi hissəyə hücum edib. Nəticədə 2 nəfər, o cümlədən bir hərbçi həlak olub, 9 hərbçi yaralanıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı isə 4 terrorçu məhv edilib, 2-si yaralanıb, 7 nəfər ələ keçirilib.