Qazaxıstanda parlament seçkiləri keçirilir

Qazaxıstanda parlament seçkiləri keçirilirQazaxıstanda parlament seçkiləri keçirilir.
Virtualaz.org Qazaxıstan KİV-nə istinadən bildirir ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.
Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda 6 siyasi partiya mübarizə aparır.
Bir az əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev də ölkədə keçiriən parlament seçkilərində səs verib.
Məlumata görə, prezident Məktəblilər Sarayının binasında yerləşən 81 saylı seçki məntəqəsində səs verib.