Qazaxıstan və Belarus Ermənistanı yenə saymadı

Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) tərəfdaşları Qazaxıstan və Belarus qondarma “erməni soyqırımı”nın anım mərasimlərinə nümayəndə göndərməyib.
Turaninfo.az erməni mətbuatına istinadən xəbər verir ki, sözügedən ölkələrin rəsmilərinin Ermənistana səfəri barədə mediada heç bir məlumat dərc edilməyib.
 Bundan əlavə, Belarus Xarici İşlər Nazirliyindən nazirin iş səfərində olduğu və onun proqramının bir həftə öncədən açıqlandığı bildirilib.
 Qeyd edək ki, bir neçə il öncə sözügedən ölkələrin Ermənistanın AİB-ə üzv olmasını istəmədikləri barədə mediada məlumatlar yayılmışdı.