Qazaxıstan iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, BMT TŞ-ə qeyri-daimi üzvlük uğrunda Qazaxıstan  Asiya-Sakit okean qrupunda Tailandla mübarizə aparıb. Səsvermənin ikinci raundunda Qazaxıstan rəqibini üstələyib. 
 
Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.
 
BMT TŞ-nin daha bir qeyri-daimi üzvü səsvermənin üçüncü raundundan sonra müəyyənləşdiriləcək. Bu raundda mübarizə İtaliya və Niderland arasında (Qərbi Avropa ölkələri qrupu) gedir.
 
BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir. 
 
BMT TŞ-ə 15 dövlət daxildir, onlardan Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür.