Qazaxda 23 yaşlı yerli sakini ilan sancıb

 
Qazax rayonun Kəmərli kəndində ilansancma hadisəsi baş verib.
 
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə 23 yaşlı kənd sakini Ramin Babayev öz həyətlərində olarkən qeydə alınıb.
 
İlan onu ayaq nahiyəsindən zəhərləyib. Qazax Diaqnostika Mərkəzinə yerləşdirilən zərərçəkmişin vəziyyəti kafi qiymətləndirilir.