Qarpız niyə bahadır? – Nazirliyin sözçüsündən cavab.

Baxış sayı: 
165
0  
0  

Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır.

Turaninfo.org  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov qarpızın qiymətinin bahalaşması ilə əlaqədar aparılan müzakirələrə cavab verərkən deyib.

Onun sözlərinə görə, qarpızın bahalaşmasının bir neçə səbəbi var: “Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır, fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha və ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Bu prosesdən ən çox əziyyət çəkən təbii ki, fermerlər özləridir. Səbəblər əslində çoxdur, daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və sair. Bu problemlər Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur”.

Anar Hüseynov qeyd edib ki, kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir: “Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir”.

Загрузка...
Загрузка...